​Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları da lisenziyalaşdırılacaq

​Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları da lisenziyalaşdırılacaq Nazir müavini Musa Pənahov: "Avtovağzalların pasportlaşdırılması üçün rüsum müəyyən edilir"
ASK
20 May , 2015 13:29
​Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları da lisenziyalaşdırılacaq

Bakı. 20 may.REPORT.AZ/ Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugün keçirilən iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

"Report"un məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, burada əsasən 3 əsas istiqamətdə dəyişikliklərdən söhbət gedir: "Birincisi, avtovağzalların pasportlaşdırılması üçün müəyyən rüsumun tətbiqi əsas dəyişikliklərdəndir. Əvvəllər qanunda belə bir rüsum qeyd olunmamışdı. Lakin bu rüsumun həcmi yeni qanunda əksini tapmayıb. Onun həcmi daha sonra, ayrıca açıqlanacaq".

"İkincisi, qeyri-müntəzəm sərnişindaşımalarla məşğul olanların da lisenziyalaşdırılması tələb olunacaq. Üçüncü dəyişiklik isə texniki-təminat məsələsinin lisenziyalaşdırılması və tənzimlənməsi ilə bağlıdır. Hazırda çoxlu texniki-təminat müəssisələri var ki, onların lisenziyalaşdırılması da son nəticədə daşımaların təhlükəsizliyinin təminatına xidmət edir", - deyə M.Pənahov bildirib. 

Son xəbərlər

Orphus sistemi