Yuxarı

Azərbaycanda pivot suvarma sistemləri istehsal olunacaq

Azərbaycanda pivot suvarma sistemləri istehsal olunacaq 5596

Bakı. 9 mart. REPORT.AZ/ Hazırda ölkədə pivot suvarma sistemləri Ağsu, Kürdəmir, Xaçmaz və Biləsuvur rayonlarında tətbiq edilir.

Bu barədə "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, bu sistem iqtisadi baxımdan olduqca səmərəlidir: "Pivot suvarma sistemi ilə suya qənaət etmək mümkündür. Gələcəkdə bu sistemlərin ölkədə istehsalını nəzərdə tuturuq. Bu istiqamətdə işlər həyata keçirilir".

İ.Cümşüdov həmçinin əlavə edib ki, hazırda bitkiçiliklə bağlı yeni texnologiyaların gətirilməsi davam edir: "Ötən il 10 minə yaxın texnologiya gətirilib. Çayçılıq, tərəvəzçilik, pambıqçılıq, şəkər çuğunduru istehsalı kimi sahələrdə tətbiq edilib. Əkin sahəsinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün ölkəyə yeni texnologiyaların gətirilməsinə bundan sonra da ehtiyac var".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi