Yuxarı
    Bağlamaq

    Azərbaycanda pambıq tədarükçüsünün nizamnamə kapitalına 82 mln. manat pul qoyulub

    Söhbət Azərpambıq MMC-dən gedir

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan “Azərpambıq” MMC 82 343 854 manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

    “Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti,53 (məhəllə 1033), qanuni təmsilçisi Tural Eyvazovdur.

    Onun fəaliyyətinə Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev və Zakir Əzimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi