Yuxarı

Azərbaycanda pambıq əkini sahələri bu il 17% artırılacaq

Azərbaycanda pambıq əkini sahələri bu il 17% artırılacaq
Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov

Bakı. 14 mart. REPORT.AZ/ Bu il Azərbaycanda 140 min hektara yaxın ərazidə pambıq əkini nəzərdə tutulub. 

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. 

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə, təqribən, 17% çoxdur. 

"Hazırlıq işləri gedir. Şirkətlərlə müqavilələr bağlanılıb. Toxum, gübrə tədarük edilib, texnika var. Bu il keyfiyyətli məhsulun əldə edilməsi gözlənilir", - o əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi