Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılmasına yönələn qanun hazırlanıb

Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılmasına yönələn qanun hazırlanıb "Qanun olmayan ölkədə, nəinki beynəlxalq investorlar, heç yerli investorlar da sərmayə qoymağa maraqlı olmurlar"
ASK
25 Dekabr , 2014 13:50
Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılmasına yönələn qanun hazırlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Milli Məclisin Aqrar Siyasət Komitəsində “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. "Report" xəbər verir ki, komitə sədri Eldar İbrahimov yeni qanun layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki, layihənin hazırlanması imkan verir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artırılsın. 

E.İbrahimov əlavə edib ki, yeni qanun layihəsi ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir: "Bu qanun kənd təsərrüfatı informasiya-məsləhət xidməti ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında münasibətləri tənzimləyir”. 

Komitə sədri bildirib ki, qanun layihəsində yerli və beynəlxalq investorların da kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunu tənzimləyən maddələr mövcuddur: “Qanun olmayan ölkədə, nəinki beynəlxalq investorlar, heç yerli investorlar da sərmayə qoymağa maraqlı olmurlar. Çünki onlar öz sərmayəsinin nə dərəcədə qorunmasını qanunla nizamlanmasını istəyirlər. Qanun olanda hər bir investor öz sərmayəsini kənd təsərrüfatı sahəsinə ürəklə qoyur və bilir ki, onun sərmayəsi qanun səviyyəsində qorunur və qoyduğu sərmayə batmayacaq”.

Son xəbərlər

Orphus sistemi