Yuxarı

Azərbaycanda heyvanların identifikasiyasına başlanılacaq

​Azərbaycanda heyvanların identifikasiyasına başlanılacaq

Gələn ildən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ölkədə heyvanların identifikasiyasına başlayacaq.

“Report” xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli məlumat verib.

Onun sözlərinə görə, bu yenilik ilk öncə Abşeronda pilot layihə kimi tətbiq ediləcək, tədricən isə bütün Azərbaycan ərazisini əhatə edəcək.

“Heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil”, - Q.Təhməzli deyib.

Xatırladaq ki, Azərbaycanda Abşeron rayonunun xəstəliklərdən azad zona elan edilməsi ilə bağlı dövlət proqramı hazırlanması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi