Azərbaycanda heyvandarlıq sahəsində artım qeydə alınıb

Azərbaycanda heyvandarlıq sahəsində artım qeydə alınıb İyulun 1-nə iribuynuzlu mal-qaranın sayı 0,6% və heyvandarlıq məhsulları istehsalı isə 4% yüksəlib
ASK
14 İyul , 2016 12:16
Azərbaycanda heyvandarlıq sahəsində artım qeydə alınıb

Bakı. 14 iyul. REPORT.AZ/ 2016-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2724,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,6 min baş inək və camış, 8823,2 min baş qoyun və keçi mövcud olub. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,7 min baş (0,6%), o cümlədən inək və camışların sayı 2,3 min baş (0,2%), qoyun və keçilərin sayı 15,8 min baş (0,2%) artıb.

Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6% artaraq 231,1 min ton, süd istehsalı 4,9% artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4% artaraq 821,9 mln. ədəd, yun istehsalı isə 3,4% artaraq 15,9 min ton olub. Bundan başqa, ölkədə 70,7 ton barama istehsal olunub.

2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1%, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,4%, heyvandarlıq məhsulları istehsalı isə 3,8% artıb.  

Son xəbərlər

Orphus sistemi