Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq

Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq.
ASK
6 Sentyabr , 2019 16:36
Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq

"Azərbaycanda gələn həftədən kütləvi pambıq yığımına başlanılacaq". 

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, hazırda ölkədə pambıq əllə yığılır, növbəti həftədən isə prosesə kombaynlar cəlb olunacaq: "Pambıq yığımına kifayət qədər texnika cəlb ediləcək. Məqsədimiz odur ki, daim femerlərin manefiyi qorunsun”.

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur. 

Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi