Azərbaycanda fermerlərə verilən güzəştli kreditlərin monitorinqi aparılacaq

Azərbaycanda fermerlərə verilən güzəştli kreditlərin monitorinqi aparılacaq Bakı. 24 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti banklarla birlikdə fermerlərə verilmiş güzəştli kreditlərin monitorinqini aparacaq.
ASK
24 May , 2018 12:12
Azərbaycanda fermerlərə verilən güzəştli kreditlərin monitorinqi aparılacaq
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti banklarla birlikdə fermerlərə verilmiş güzəştli kreditlərin monitorinqini aparacaq.

"Report" xəbər verir ki, bu barədə qurumun rəisi Mirzə Əliyev məlumat verib.

"Bu gün ən böyük problem kreditlərin təyinatı üzrə istifadə olunmamasıdır. Son nəticədə problemli kreditlər yaranır. Bu kreditlər biznesin inkşafına yönəlmiş kreditlərdir, onu borca salmaq üçün deyil. Bankların daxili prosedurları ilə bu kreditlərin monitorinqi aparılır, amma dövlət xidməti də müvəkkil kredit təşkilatları ilə birgə mütəmadi olaraq ildə bir dəfə monitorinq keçirəcək".

O bildirib ki, Azərbaycanda Aqrara Sığorta Fondu tərəfindən yeni icraçı sığorta qurumu yaradılacaq. 

"Aqrar sahənin sığortası ən çətin sğorta növüdür. Aqrar sğorta ilə bağlı Türkiyə modelindən istifadə edərək Azərbaycanda Aqrar Sığorta Fondnun yaradılması, eyni zamanda həmin Fond tərəfindən icraçı sığorta qurumu müəyyən olunacaq. İcraçı sığorta qurumu hər hansı sığorta şirkətinin seçilməsi demək deyil. Bu, tam yeni, bütün sığorta şirkətlərinin iştirakı ilə dövlət və özəl əməkdaşlığı əsas götürərək bazar tələblərinə uyğun qurumun yaradılmasıdır. Qurum Fond tərəfindən təsis olunacaq. Fond təsis olunduğu ilk il əzində bir neçə sahə priotritet götürüləək, daha sonra əhatəsi genişlənəcək. Bu da müəvəkkil banklarada şərait yaradacaq ki, sığortalanmış fermerlərə daha asan şərtlərə girov olmadan kreditlər versinlər. "

Son xəbərlər

Orphus sistemi