​Azərbaycanda fermerlərə təkrar subsidiyalar veriləcək

​Azərbaycanda fermerlərə təkrar subsidiyalar veriləcək Subsidiyalaşma mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hökumətə təqdim olunub
ASK
20 May , 2015 13:14
​Azərbaycanda fermerlərə təkrar subsidiyalar veriləcək

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda təkrar (aralıq) əkin üçün fermerlərə subsidiyaların verilməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib: "Bir ildə təkrar əkin aparılarsa, həmin fermerlər iki dəfə subsidiya ala biləcəklər".

Nazir müavini xatırladıb ki, bu yaxınlarda dövlət başçısının sərəncamı ilə fermerlərə yanacaq və mühərrik yağlarına görə verilən subsidiyaların həcmi 25% artırılıb. Həmçinin, fermerlər istifadə etdikləri gübrəni də artıq 70% güzəştlə əldə edə bilər.

Bununla yanaşə, subsidiyalaşma mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi hökumətə xüsusi təkliflər təqdim edib.

"Ehtimal ki, yaxın vaxtlarda o qaydalar təsdiq olunacaq. Burada nəzərdə tutulan məsələlərdən biri ondan ibarətdir ki, əvvəllər buğda və çəltik əkininə görə subsidiya payızda, yanacaq və mühərrik yağlarına görə isə yayda verilirdi. İndi isə opertivliyi təmin etmək, vaxt itkisinin qarşısını almaq üçün subsidiyaların ildə 1 dəfə verilməsi təklif olunur", - deyə İ.Quliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi