Yuxarı

Azərbaycanda dəyişik ipəksarıyan kəpənəyinin tırtılları aşkar edilib

Azərbaycanda dəyişik ipəksarıyan kəpənəyinin tırtılları aşkar edilib
Dinlə

Bakı. 30 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin keçirdiyi monitorinq nəticəsində 15 hektar fındıq və 10 hektar qarışıq meyvə bağlarında dəyişik ipəksarıyan kəpənəyinin (Lymantria dispar) tırtılları aşkar edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, mütəxəssislərin tövsiyyələri əsasında fermerlər tərəfindən zərərvericiyə qarşı Mosetam (150 q/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb. 

Tətbiq edilən preparat zərərvericiyə qarşı yüksək bioloji səmərəlilik göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi