Azərbaycanda builki pambıq yığımının həcmi 130 min tonu keçib

Azərbaycanda builki pambıq yığımının həcmi 130 min tonu keçib Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 201 ton məhsul təhvil verilib.
ASK
9 Oktyabr , 2019 14:13
Azərbaycanda builki pambıq yığımının həcmi 130 min tonu keçib

Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 201 ton məhsul təhvil verilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur. 

Ən çox pambıq Saatlı (21 561 ton), Ağcabədi (14 184 ton), Bərdə (13 165 ton), Biləsuvar (12 527 ton) və Sabirabad (12 266 ton) rayonlarında yığılıb. 

Bu il Azərbaycanda pambıq əkən fermerlərin sayı 2 373 nəfər artaraq, 18 min nəfərə çatıb. Hazırda ölkədə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır.

Son xəbərlər

Orphus sistemi