Azərbaycanda bu il şəkər çuğunduru yığımının həcmi 100 min tonu keçib

Azərbaycanda bu il şəkər çuğunduru yığımının həcmi 100 min tonu keçib Azərbaycanda fermerlər bu il qəbul məntəqələrinə 100,7 min ton şəkər çuğunduru təhvil verib.
ASK
14 Oktyabr , 2019 16:01
Azərbaycanda bu il şəkər çuğunduru yığımının həcmi 100 min tonu keçib

Azərbaycanda fermerlər bu il qəbul məntəqələrinə 100,7 min ton şəkər çuğunduru təhvil verib. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 2019-cu ildə Azərbaycanın 25 rayonunda, ümumilikdə, 7 345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5 693 hektarı sadə suvarmalı, 1 652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonları ərazisində əkilib. 

Bundan başqa, bu günə qədər Azərbaycanda fermerlər 4 545 ton tütün yığıb, tədarük məntəqələrinə 3 648 ton quru tütün təhvil verib. Qeyd edək ki, bu il ölkədə 3 134 hektar sahədə tütün əkini həyata keçirilib. Hazırda sahələrdə yığım davam edir.

Son xəbərlər

Orphus sistemi