Azərbaycanda balın qablaşdırılması ilə bağlı kompleks müəssisə istifadəyə veriləcək

Azərbaycanda balın qablaşdırılması ilə bağlı kompleks müəssisə istifadəyə veriləcək Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan balın qablaşdırılması və satışının təşkil edilməsi məqsədi ilə kompleks müəssisə istifadəyə veriləcək.
ASK
28 Noyabr , 2018 17:31
Azərbaycanda balın qablaşdırılması ilə bağlı kompleks müəssisə istifadəyə veriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan balın qablaşdırılması və satışının təşkil edilməsi məqsədi ilə kompleks müəssisə istifadəyə veriləcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, müəssisə Türkiyənin Azərbaycandakı səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və “Dağ Arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində tikilib.

Sabah baş tutacaq açılışda Türkiyə səfiri, TİKA-nın rəhbərliyi, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin, Ailə Biznesinə ASAN Dəstək (ABAD) Publik Hüquqi Şəxsinin əməkdaşları, arıçılar iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi