Yuxarı

Azərbaycanda arıçılıqla məşğul olanlar bu ilin sonuna qədər dövlətdən subsidiya alacaqlar

Azərbaycanda arıçılıqla məşğul olanlar bu ilin sonuna qədər dövlətdən subsidiya alacaqlar

Bakı. 23 noyabr. REPORT.AZ/ "Bu ilin sonuna qədər Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda arıçılıqla məşğul olanlara subsidiya verəcək”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, stimuallaşdırıcı tədbirlər hesabına ölkədə arı ailələrinin sayının 2 dəfə artacağı proqnozlaşdırılır.

“Hazırda Azərbaycanda 250-300 min arı ailəsi var. Bu rəqəmin 500-600 minə çatacağını gözləyirik”, - nazir müavini qeyd edib.

İ.Quliyev arıçılıqla məşğul olanların etiketlə təchiz edilməsi məsələsi ilə bağlı yaranmış narazılığa da münasibət bildirib. 

“Hazırda etiketləri 1,8 manata özəl şirkətlər gətirir. Ödəniş isə bank vasitəsilə həyata keçirilməlidir. Odur ki, qiymət artıb”, - o qeyd edib. 

Xatırladaq ki, fermerlər əvvəllər 1 manata aldıqları etiketlərin indi onlara 3 manata başa gəlməsindən narazıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi