Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb Bu ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
17 Fevral , 2020 18:17
Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,2% çoxdur. 

Ötən ay ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 12,5% artaraq 15 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 320,3 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi