Yuxarı

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1281,4 mln. manat təşkil edib ki, onun da 1203,1 mln. manatı heyvandarlıq, 78,3 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə aqrar sektor 3,9% böyüyüb. O cümlədən bitkiçilik məhsullarının istehsalı 22,2%, heyvandarlıq məhsullarının istehsalı isə 2,9% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi