​Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı təkliflər hazırlanır

​Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı təkliflər hazırlanır Təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupuna təqdim ediləcək
ASK
26 İyul , 2016 11:40
​Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı təkliflər hazırlanır

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) aqrar sahə üzrə alt işçi qrupunun növbəti toplantısı keçirilib. Qurumdan "Report"a verilən məlumata görə, toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb.

Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda, aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ümumi daxili məhsula və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilib.

Müzakirələrdə İİTKM ilə yanaşı, Prezident Administrasiyası, ayrı-ayrı nazirliklər, özəl biznes sektoru və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupuna təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi