Yuxarı

Gələn həftədən Azərbaycan Rusiyanın Adıgey Respublikasından pendir idxalına başlayacaq

Azərbaycana Rusiyanın Adıgey Respublikasından pendir idxal ediləcək

Gələn həftədən Azərbaycan Rusiyanın Adıgey Respublikasından pendir idxalına başlayacaq.

“Report”un məlumatına görə, bu barədə Krasnoqvardeysk Süd Zavodunun direktoru Ruslan Teşev “Sovetskaya Adiqeya” nəşrinə bildirib.

Onun sözlərinə görə, zavod artıq Azərbaycanın distribütorlarından biri ilə müqavilə bağlayıb: “Bu distribütor Adıgey pendirini ölkənin ən iri ticarət şəbəkələrinə çatdıracaq. Hesablamalarımıza görə, artıq ilk partiyanı gələn həftə yola sala biləcəyik. Azərbaycana bütün yumşaq pendirlərimizi tədarük edəcəyik”.

O qeyd edib ki, bu gün Adıgey pendiri Almaniya, Birləşmiş Ərəb Əmirlikləri bazarlarına tədarük edilir: “Türkiyəyə ixracla bağlı danışıqlar aparılır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi