​Azərbaycan yaşıl çay yarpağı istehsalını 21% azaldıb

​Azərbaycan yaşıl çay yarpağı istehsalını 21% azaldıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə meyvə və giləmeyvə istehsalı cəmi 0,15% artıb
ASK
17 Noyabr , 2014 16:39
​Azərbaycan yaşıl çay yarpağı istehsalını 21% azaldıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yaşıl çay yarpağının istehsalı 20,7% azalıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ölkədə 436,2 ton yaşıl çay yarpağı məhsulu toplanıb.

Bununla yanaşı, təhlil olunan dövr ərzində Azərbaycanda 701,0 min ton meyvə və giləmeyvə, həmçinin 137,5 min ton üzüm yığılıb. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 0,15% artıb, üzüm isə 0,2% azalıb.

Son xəbərlər

Orphus sistemi