Azərbaycan və Moldova aqrar sənaye sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Moldova aqrar sənaye sahəsində əməkdaşlığı genişləndirəcək Gələn ilin I rübündə Bakıda Azərbaycan-Moldova biznes forumunun keçirilməsi planlaşdırılır
ASK
24 Noyabr , 2016 12:42
Azərbaycan və Moldova aqrar sənaye sahəsində əməkdaşlığı genişləndirəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyanın iclasının, eləcə də Azərbaycan-Moldova biznes forumunun gələn ilin I rübündə Bakıda keçirilməsi planlaşdırılır.

"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Eduard Qrama arasında baş tutan görüşdə müzakirələr aparılıb.

Moldova Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini və kənd təsərrüfatı və qida sənayesi sahəsində qarşılıqlı əlaqənin genişləndirilməsi imkanlarını, iki ölkə arasında əlaqələrin diversifikasiyası perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

E.Qrama qarşılıqlı ticarətin həcmini artırmağın zəruri olduğunu vurğulayıb və Azərbaycanın səfirliyindən keyfiyyətli Moldova məhsullarının ölkə bazarına daxil edilməsində yardım göstərilməsini xahiş edib.

Öz növbəsində, səfir Q.Osmanov Moldovada kənd təsərrüfatının müasirləşdirilməsinin və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi