Yuxarı

Azərbaycan və Almaniya kənd təsərrüfatına dair bir sıra məsələləri müzakirə edib

Azərbaycan və Almaniya kənd təsərrüfatına dair bir sıra məsələləri müzakirə edib

Bu, nazir Heydər Əsədovla Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdə baş tutub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. H.Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı barədə geniş məlumat verib.

Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

M.Kindsqrab iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi