Azərbaycan Ukraynadan şəkər idxalını artırıb

Azərbaycan Ukraynadan şəkər idxalını artırıb Bakı. 12 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Ukrayna ixrac edilən şəkərin ümumi payının 14,5%-ni Azərbaycana göndərib.
ASK
12 Dekabr , 2018 12:47
Azərbaycan Ukraynadan şəkər idxalını artırıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Ukrayna ixrac edilən şəkərin ümumi payının 14,5%-ni Azərbaycana göndərib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Şəkər İstehsalçıları Milli Assosiasiyası "Ukrtsukor"dan bildirilib.

Qeyd olunub ki, ötən ay ölkə xaricinə 70,5 min ton məhsul göndərilib ki, bunun da 47%-i Özbəkistanın, 14,5%-i Azərbaycanın, 7,4%-i isə Liviyanın payına düşüb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Ukrayna Azərbaycana, təqribən, 13 min ton şəkər ixrac etmişdi ki, bu da ümumi payın təqribən 10%-ni təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi