Azərbaycan üç ölkədən 4 272 ton quş əti alıb

Azərbaycan üç ölkədən 4 272 ton quş əti alıb "İranın Mazandaran vilayəti və Türkiyənin 13 vilayətinə qoyulan qadağa öz qüvvəsində qalır"
ASK
27 İyul , 2015 11:44
Azərbaycan üç ölkədən 4 272 ton quş əti alıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin ilk altı ayı ərzində Azərbaycana 4 272 ton quş əti idxal olunub.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

O, deyib ki, quş qripi ilə əlaqədar hazırda İranın Mazandaran vilayəti və Türkiyənin 13 vilayətinə qoyulan qadağa öz qüvvəsində qalır.

"Amerika və Avropanın da quş qripi qeydə alınan ölkələrindən quş ətinin gətirilməsinə dair qadağalar hələ də davam edir. Bu gün ancaq Braziliya, İran və Türkiyənin qadağan olunmayan ərazilərindən quş əti gətirilməsinə icazə verilir", - deyə Y.Xanvəli əlavə edib.  

Son xəbərlər

Orphus sistemi