Azərbaycan tütün idxalını 19% azaldıb

Azərbaycan tütün idxalını 19% azaldıb Ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,5%-ni təşkil edib
ASK
29 Sentyabr , 2015 15:28
Azərbaycan tütün idxalını 19% azaldıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 205 741,76 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 19,38% azdır. Nəticədə 2015-ci ilin 8 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,5%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5 409,84 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,3% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-cü ildə ixracı ölkənin ümumi ixracının 0,07%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi