Yuxarı

Azərbaycan tütün idxalını 12% artırıb

Azərbaycan tütün idxalını 12% artırıb
Ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2,1%-ni təşkil edib

Bakı. 26 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycana 45 075,39 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 4 768,56 dollar və yaxud 11,83% çoxdur.

İlk dörd ayda ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2,08%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 5 011,25 min dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 755,19 min dollar və yaxud 17,74% çoxdur. İlin ilk 4 ayı ərzində tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,15%-nə bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi