Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb

Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb Qərar Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin (H5N1) yayılması ilə əlaqədardır
ASK
5 May , 2015 21:06
Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb

Bakı. 5 May. REPORT.AZ/ Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin (H5N1) yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova sərəncam imzalayıb.

"Report"un məlumatına görə, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədini də dayışan bu sərəncamla 2015-ci il may ayının 5-i tarixindən Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib.

Eyni zamanda sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova ölkəmizin H5N1 xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılıb.

Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi