Azərbaycan süd idxalına çəkdiyi xərci 3% artırıb

Azərbaycan süd idxalına çəkdiyi xərci 3% artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,705 mln. ABŞ dolları dəyərində 1,326 min ton süd idxal edib.
ASK
19 Mart , 2019 17:11
Azərbaycan süd idxalına çəkdiyi xərci 3% artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,705 mln. ABŞ dolları dəyərində 1,326 min ton süd idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 231 ton (21,1%), məbləğ baxımından isə 52 min dollar (3,1%) çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Son xəbərlər

Orphus sistemi