Azərbaycan sentyabrdan bəri 100 min tona yaxın xurma ixrac edib

Azərbaycan sentyabrdan bəri 100 min tona yaxın xurma ixrac edib Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan bu ilin sentyabr, oktyabr və noyabr aylarında 80-90 min ton xurma ixrac edib.
ASK
19 Noyabr , 2018 16:35
Azərbaycan sentyabrdan bəri 100 min tona yaxın xurma ixrac edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan bu ilin sentyabr, oktyabr və noyabr aylarında 80-90 min ton xurma ixrac edib.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib. 

Onun sözlərinə görə, hazırda Rusiyanın xurmaya olan tələbatının 75-80%-ni Azərbaycan ödəyir.

"Bununla yanaşı, Ukrayna və Belorusa da xurma ixrac edirik", - deyə sədr qeyd edib. 

Son xəbərlər

Orphus sistemi