Azərbaycan Rusiyaya pomidor ixracını 56% artırıb

Azərbaycan Rusiyaya pomidor ixracını 56% artırıb Bu il Azərbaycandan Rusiyaya 86 min ton pomidor göndərilib
ASK
14 Noyabr , 2016 17:22
Azərbaycan Rusiyaya pomidor ixracını 56% artırıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya idxal edilən pomidor məhsulu 30% azalıb. Bu müddətdə Rusiyaya pomidor ixrac edən əsas ölkələr Mərakeş (88,7 min ton; artım - 158%), Azərbaycan (86 min ton; artım - 56%) və Çin (68 min ton; artım - 1,4%) olub. Halbuki bir il əvvəl ilk üçlükdə Türkiyə (292,8 min ton), Belarus (68,9 min ton) və Çin (67,9 min ton) qərarlaşmışdı.

"Report"un "İzvestiya" qəzetinə istinadən verdiyi xəbərə görə, eyni zamanda, idxal məhsullarının qiymətləri də 15-20% artıb.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyə istehsalı olan məhsulların idxalına qadağa qoyub. Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkənin pomidora olan tələbatının Azərbaycan, Mərakeş, İran, İsrail və Özbəkistandan alınan məhsullar hesabına ödəməyi planlaşdırırdı. Lakin statistika göstərir ki, ölkəyə pomidor idxalının əvvəlki həcmi hələ də bərpa olunmayıb.

Bu ilin oktyabr ayında Rusiya ilə Türkiyə arasında münasibətlərin yenidən qaydaya düşməsi müəyyən kənd təsərrüfatı məhsullarının sanksiyalardan azad olunmasına şərait yaradıb. Lakin pomidor, soğan, gül kələmi, brokkoli, xiyar, çiyələk kimi məhsullara qarşı tətbiq edilən embarqo hələ də ləğv edilməyib.

Son xəbərlər

Orphus sistemi