​Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək

​Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək Ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiyaya məhsul ixrac edəcək
ASK
28 Avqust , 2015 13:30
​Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan ilə Rusiya arasında ət ixracı ilə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. 

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan-Rusiya Hökumətlərarası iqtisadi əməkdaşlıq Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının aprelin 16-da Bakıda görüşü keçirilib, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi