Azərbaycan Rusiyadan yüksək məhsuldarlığa malik xaşa toxumu alıb

Azərbaycan Rusiyadan yüksək məhsuldarlığa malik xaşa toxumu alıb Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Rusiyadan “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal edib.
ASK
13 Mart , 2019 10:35
Azərbaycan Rusiyadan yüksək məhsuldarlığa malik xaşa toxumu alıb
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Rusiyadan “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal edib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, bu bitki sortunun toxumları ölkənin iqlim şəraitinə daha çox uyğun olmaqla yanaşı, quraqlığa davamlı və yüksək məhsul vermək xüsusiyyətinə malikdirlər. İdxal edilmiş toxumlar Şəki şəhərində yerləşən anbardan fermerlərə təklif olunur.

Fondun təklif etdiyi toxumları artıq Sabirabad, İsmayıllı, Quba və Saatlı rayonlarında fəaliyyət göstərən arıçılar və fermerlər əldə edib. Satışı həyata keçirilən toxumların müşayətedici sənədləri və toxumluq olması barədə sertifikatları da var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.

Xaşa bitkisi ölkənin suvarılan aran və dağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir. Bu bitkinin tərkibinin protein, zülal və mineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir. Xaşa bitkisi, həmçinin torpaq münbitliyinə istisna təsir göstərdiyi üçün dənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinində ən yaxşı sələf funksiyasını yerinə yetirir. Bununla yanaşı, bu bitki nektar ifraz etməklə baltutan nektar mənbəyi sayılır və arıçılar tərəfindən geniş istifadə olunur.

Son xəbərlər

Orphus sistemi