Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirib

Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirib Bakı. 16 oktyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda yumurtaya tələbat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur.
ASK
16 Oktyabr , 2018 13:50
Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirib
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda yumurtaya tələbat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirərkən deyib. 

"Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır", - cəmiyyətin sədri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi