Bakı. 16 oktyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda yumurtaya tələbat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur".
Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirərkən deyib.
"Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır", - cəmiyyətin sədri qeyd edib.