Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 31% artıb

Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 31% artıb Nazir: "İxrac 76%, idxal isə 25% artıb"
ASK
6 Oktyabr , 2016 10:40
Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 31% artıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 3,2 mln. dollarlıq buğda idxal olunub ki, bu da Qazaxıstandan nəzərdə tutulan buğda idxalının ümumi həcminin 73%-ni təşkil edir. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda nəşr olunan məqaləsində qeyd edilir.

N.Əliyevin sözlərinə görə, bu il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 31% artıb: “Azərbaycanda illik buğda istehsalı 1,7 mln. tondur. Taxıla olan 1,3 mln. tonluq əlavə tələbat isə Rusiya ilə yanaşı, əsasən Qazaxıstan hesabına ödənilir". 

"Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarında 91 mln. dollar olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxrac 16 mln. dollara, idxal isə 75 mln. dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 76%, idxal isə 25% artıb”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi