Azərbaycan meşələrində nadir ağaclar zərərvericilərə yoluxub

Azərbaycan meşələrində nadir ağaclar zərərvericilərə yoluxub Bununla bağlı kimyəvi mübarizə tədbirlərinə başlanılıb
ASK
23 İyun , 2016 20:58
Azərbaycan meşələrində nadir ağaclar zərərvericilərə yoluxub

Bakı. 23 iyun. REPORT.AZ/ Astara və Lənkaran rayonlarında mövcud olan meşə sahələrində şümşad, dəmirağac və palıd ağaclarının müxtəlif zərərvericilərə yoluxması faktı aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən meşə ağacları zərərvericilərinin kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrə və digər yaşıllıq zonalarına yayılmasının qarşısını almaq məqsədi ilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilib. 

Məlumata görə, vəziyyətin ciddiliyini nəzərə alan Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşları əvvəlcə Astara rayonunun Təngərüd, Maşxan, Sərək, Siyətük, Pensər və Kiyəbə yaşayış məntəqələri yaxınlığında yerləşən 85 hektar sahəni əhatə edən meşə zolağında zərərvericilərə qarşı ilkin mübarizə tədbirlərinə başlayıblar.

Mübarizə tədbirləri daha sonra Lənkəran rayonunun Boladi, Hirkan, Xanbulan, Cil, Xarxatan, Osaküçə yaşayış məntəqələrinə yaxın olan və 35 hektar əraziyə malik olan meşə fondlarında davam etdirilib. Hazırda adıçəkilən ərazilərdə genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun olaraq, ölkə ərazisindəki meşə fondlarının mühafizəsi və qorunması tədbirlərinin birgə aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi