Yuxarı

Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunur

Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunur

Bakı. 24 yanvar. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində ənənəvi “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi keçirilir.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.

Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

Sərgi yanvarın 27-nə qədər davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi