Yuxarı

ADB: “Azərbaycan müasir əkinçilik texnikası tətbiq etməklə məhsuldarlığı artıra bilər”

Azərbaycan məhsuldarlığı artıra bilər

"Azərbaycanda müasir əkinçilik texnikası tətbiq etməklə, məhsuldarlığı artıra və ölkənin qida təhlükəsizliyini təmin edə bilər". 

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Beynəlxalq Ərzaq Siyasəti üzrə Araşdırmalar İnstitununun “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin kənd təsərrüfatının inkişafı tendensiyaları: çağırışlar və imkanlar” adlı icmalında bildirilir. 

"Azərbaycanın indiyə qədər energetika sahəsinə yönəlməsi diqqəti kənd təsərrüfatından yayındırıb, çünki hökumət iqtisadiyyatın daha məhsuldar sahəsinə köklənib. İndi isə iqtisadiyyat daha dayanıqlı gələcəyə uyğunlaşdırılmalıdır. Ölkənin dənli bitkilərdən böyük asılılığı var", - sənəddə qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi