Azərbaycan Kuboku uğrunda yarışların yarımfinal mərhələsinə yekun vurulub

Azərbaycan Kuboku uğrunda yarışların yarımfinal mərhələsinə yekun vurulub Həlledici oyun mayın 25-də reallaşacaq
ASK
4 May , 2016 23:55
Azərbaycan Kuboku uğrunda yarışların yarımfinal mərhələsinə yekun vurulub

Bakı. 5 May. REPORT.AZ/ Azərbaycan Kuboku uğrunda yarışlarda ikidə bir final mərhələsinə yekun vurulub. "Report" xəbər verir ki, ilk finalçı Qəbələdə müəyyənləşib.

Əsas və əlavə vaxtı heç-heçə başa çatan matçın penaltilər seriyasında “Qəbələ”ni üstələyən “Neftçi” adını final mərhələsinə yazdırıb. Artıq çempionluğu rəsmiləşdirmiş “Qarabağ” isə ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da “İnter”i məğlub edərək, kuboka iddiasını bir daha ortaya qoydu və finala adlayıb.

Bununla da ötən mövsüm olduğu kimi cari mövsümün sonunda da “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək finala tamaşa edəcəyik. Azərbaycan Kuboku uğrunda həlledici oyun mayın 25-də reallaşacaq.

Son xəbərlər

Orphus sistemi