Azərbaycan İƏT-in yeni yaradılan qurumunun nizamnaməsinə qoşulub

Azərbaycan İƏT-in yeni yaradılan qurumunun nizamnaməsinə qoşulub İslam Əməkdaşlıq Təşkilatının qida təhlükəsizliyi üzrə qurumu yaradılıb
ASK
27 Aprel , 2016 12:29
Azərbaycan İƏT-in yeni yaradılan qurumunun nizamnaməsinə qoşulub

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti aprelin 28-də Astanada (Qazaxıstan) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qida təhlükəsizliyi üzrə qurumunun Baş Məclisinin açılışında və Kənd Təsərrüfatının İnkişafı və Qida Təhlükəsizliyi üzrə VII Nazirlər Konfransında iştirak edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycanı bu tədbirdə təmsil edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə aprelin 26-27-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yüksək vəzifəli rəsmilərinin hazırlıq görüşünə qatılıblar.

İƏT-in yeni yaradılacaq qida təhlükəsizliyi üzrə qurumunun məqsədi üzv ölkələrin kənd təsərrüfatının inkişafı üçün yeniliklərlə təmini və resursların səfərbər edilməsi, ərzaq təhlükəsizliyi rezervlərinin yaradılması da daxil olmaqla, üzv ölkələrə fövqəladə və humanitar yardımlar olunması, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətə nəzarət, ictimai ərzaq idarə edilməsində sistem və texnologiya mübadiləsi də daxil olmaqla, ümumi kənd təsərrüfatı siyasətinin tətbiqi və əlaqələndirilməsidir.

Qurumun nizamnaməsini İƏT-ə üzv olan 23 ölkə imzalayıb.

Son xəbərlər

Orphus sistemi