​Azərbaycan ət idxalını azaldıb

​Azərbaycan ət idxalını azaldıb Yerli istehsal isə bu il cüzi artıb
ASK
27 Avqust , 2015 13:59
​Azərbaycan ət idxalını azaldıb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycana ət idxalı illik müqayisədə 11,02% azalaraq, bu ilin yanvar-iyul ayları ərzində 10,992 mln. dollar olub. Bu, ölkənin məcmu idxalının 0,21%-nə bərabərdir.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu il ölkədən ət ixracı isə baş tutmayıb. 

Hesabat dövründə ölkəyə yeyinti məhsullarının idxalı illik 3,1% artaraq 593,37 mln. dollara yüksəlib. Ətlə yanaşı süd, şəkər və yağ idxalında da azalma müşahidə olunub. Süd idxalı 13,47% azalaraq 3,326 mln. dollar, kərə yağı idxalı 10,61% azalaraq 13,515 mln. dollar, şəkər idxalı 30,6% azalaraq 68,633 mln. dollar olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə cari ilin yanvar-iyul ayları ərzində ölkədə 165,3 min ton ət (quş əti də daxil olmaqla) istehsal olunub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Həmçinin kolbasa məmulatları istehsalı da 20,7% artımla 1,278 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi