Yuxarı

Azərbaycan Çinə orqanik məhsullar ixrac edəcək

Azərbaycan Çinə orqanik məhsullar ixrac edəcək 763
Bu barədə Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Çindən kartof və zeytun yağı istehsal edən müasir texnologiyalar idxal edə bilər. 

“Report” xəbər verir ki, bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilmiş Beynəlxalq Qida Əməkdaşlığı Forumunda müzakirə aparılıb.

ˮƏrzaq məhsullarının tədarükü və təchizatıˮ ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Əsədov konfransda çıxış edərək bildirib ki, "Bir Kəmər, bir yol" təşəbbüsündə kənd təsərrüfatının inkişafı ümumi marağa daxildir. 

“Qida istehsalı sahəsində Çinin innovativ texnologiyaları ölkəmizdə yeni istehsal-emal sahələrinin yaradılmasına imkan verə bilər. Azərbaycan məhsulları dünya standartlarına uyğun, texnoloji qaydalar əsasında emaldan keçərək Çinin böyük bazarlarına yol tapa bilər”- deyə E. Əsədov bildirib.

O, qeyd edib ki, Azərbaycan Çinə orqanik qidanın ixracı və Çinin kənd təsərrüfatı texnologiyası, investisiya və təcrübəsinin tətbiqi ilə daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi