Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin üzvləri sahibkarlarla görüşüb

Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin üzvləri sahibkarlarla görüşüb Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Şahin İsmayılbəyli və İdarə Heyətinin üzvü Tələt Məmmədov Astara rayonunda bölgədə çayçılıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
ASK
14 Avqust , 2018 15:08
Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin üzvləri sahibkarlarla görüşüb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Şahin İsmayılbəyli və İdarə Heyətinin üzvü Tələt Məmmədov Astara rayonunda bölgədə çayçılıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. 

"Report" xəbər verir ki, görüşdə çayçılığın əvvəlki nüfuzunun özünə qaytarılması ilə bağlı görüləcək tədbirlər, dövlət tərəfindən həyata keçirilən islahatlardan bəhrələnmək, çayçılığa yararlı yeni torpaq sahələrinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib. 

Görüşdə çayçılıq sahəsində yeni texnologiyanın tətbiqi ilə bağlı qrant vəsaitlərinin sahəyə cəlb edilməsi üçün aiddiyyəti üzrə müraciətlərin edilməsi barədə qərar qəbul olunub. Müzakirələrdən sonra Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasına yeni üzvlər qəbul edilib. 

Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası Prezident İlham Əliyevin “Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən təsis edilib. Əsas məqsəd çay istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək verməkdir. 

Son xəbərlər

Orphus sistemi