Yuxarı
    Bağlamaq

    Azərbaycan buğda idxalı və quş ətinin satışını ƏDV-dən azad edir

    Bu, həmçinin buğda unu və çörəyinin istehsalı və satışına aiddir

    Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyinin istehsalı və satışı, habelə quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilə bilər.

    "Report"un verdyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib. 

    Qeyd edək ki, bu müddəa Vergilər Məcəlləsində hazırlanan yeni dəyişiklik layihəsində nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi