Azərbaycan bu il spirtli içki ixracını 18% azaldıb

Azərbaycan bu il spirtli içki ixracını 18% azaldıb Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,25%-ni təşkil edib
ASK
17 Avqust , 2016 14:23
Azərbaycan bu il spirtli içki ixracını 18% azaldıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk 7 ayında 11 432,27 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 2 543,77 min dollar yaxud 18,20% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,25%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 30 596,63 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 9 856,98 min dollar və ya 24,37 azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,64% təşkil edib.

Son xəbərlər

Orphus sistemi