Azərbaycan Bolqarıstanla kənd təsərrüfatı sahəsində əlaqələrini genişləndirir

Azərbaycan Bolqarıstanla kənd təsərrüfatı sahəsində əlaqələrini genişləndirir Bakı. 10 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov Bolqarıstan Respublikasında işgüzar səfərdə olub.
ASK
10 Avqust , 2018 14:45
Azərbaycan Bolqarıstanla kənd təsərrüfatı sahəsində əlaqələrini genişləndirir

Bakı. 10 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov Bolqarıstan Respublikasında işgüzar səfərdə olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Bolqarıstanla aqrar sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Səfər çərçivəsində nazirliyin nümayəndəsi Bolqarıstanın İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri və Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının direktoru ilə görüşlər keçirib. Görüş çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində görülən işlər, komissiyanın 5-ci iclasının Sofiya şəhərində keçirilməsinə hazırlıq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, idxal və ixrac imkanlarının genişləndirilməsi, hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, kənd təsərrüfatının müxtəlif sahələri üzrə, xüsusilə təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsinə dair geniş müzakirələr aparılıb, qarşılıqlı maraqlara əsaslanan ilkin razılaşmalar əldə olunub.

Səfər çərçivəsində Bolqarıstanın Sliven şəhərində yerləşən baytarlıq preparatları istehsal olunan müəssisəyə səfər edən Rəşad Fərəcov zavodun hüquqi sahibi “BioPharm” şirkətinin rəhbərliyi və Sliven əyalətinin qubernatoru ilə görüşlər keçirib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunaraq hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, qarşılıqlı maraq doğuran sahələrdə sərmayə yönümlü layihələrin həyata keçirilməsi və Azərbaycanda baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisənin yaradılması sahəsində “BioPharm” şirkəti ilə birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub.

Son xəbərlər

Orphus sistemi