Yuxarı

Azərbaycan baytarlıq sahəsində kadr hazırlığı üçün Latviya Universiteti ilə əməkdaşlığa başlayıb

​Azərbaycan və Latviya baytarlıq sahəsində əməkdaşlıq edəcək

Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində kadr hazırlığı üçün Latviyanın Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib.

Məlumata görə, əməkdaşlıq rəhbərlik etdiyi qurumun həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Bunun üçün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Latviya universiteti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, ADAU-da baytarlıq ixtisası üzrə tədris proqramı beynəlxalq standartlara uyğun olaraq yenilənəcək, tələbələr və müəllimlər üçün seminarlar, təcrübə proqramları həyata keçiriləcək.

Latviya Universiteti ilə əməkdaşlığın koordinasiyası üçün Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi