Azərbaycan aqrar sektorun subsidiyalaşdırılmasında yeni dövrə keçir - RƏYLƏR

Azərbaycan aqrar sektorun subsidiyalaşdırılmasında yeni dövrə keçir - RƏYLƏR Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında Azərbaycanda aqrar sektorun subsidiyalaşdırılmasına dair vacib qərar qəbul edildi. Bu zaman Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası” əsas götürüldü. Qərara görə, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Şura əmsalları hər il nəzərdən keçirəcək.
ASK
5 Sentyabr , 2019 09:28
Azərbaycan aqrar sektorun subsidiyalaşdırılmasında yeni dövrə keçir - RƏYLƏR

Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında Azərbaycanda aqrar sektorun subsidiyalaşdırılmasına dair vacib qərar qəbul edildi. Bu zaman Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası” əsas götürüldü. Qərara görə, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Şura əmsalları hər il nəzərdən keçirəcək. 

"Bu çox ciddi hadisə və inqilabi hadisədir"

Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, yeni qaydalar Azərbaycanda şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir. Nazir müavini İlham Quliyevin sözlərinə görə, fermerlərə subdisiyalar plastik kartla ödəniləcək və həmin vəsaitin yalnız 25%-ni nağlaşdırmaq mümkün olacaq. Məqsəd odur ki, subsidiyalardan kənar məqsədlərlə istifadənin qarşısı maksimum alınsın. Sahibkarlar nağdlaşdıra bilmədikləri vəsaitlə yalnız gübrə, pestisid, sertifkatlı toxum almalı olacaqlar və onların pulunu köçürmə yolu ilə ödəyəcəklər. 

Dövləti aldatmaq istəyənlər cəzalandırılacaq

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdikləri məlumatlar əsasında veriləcək. Yəni, fermer əkin sahəsi barədə dövləti məlumatlandıracaq və buna uyğun olaraq subsidiya alacaq. Verdiyi məlumatların yalnız 5%-ə qədər səhv olan fermerə subsidiya tam ödəniləcək. Məlumatda 20% xəta aşkarlanarsa, həmin fermerin subsidiyası 30% azaldılacaq. Əgər xəta 30-50% arasında olsa fermer 1 il müddətinə, 50%-dən çox olsa fermer isə 2 il müddətinə subsidiyadan məhrum ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə

"Subsidiya ödənişi üçün əkin əmsalları əməliyyat xərcləri nəzərə alınmaqla diferensiallaşdırılıb".

Firdovsi Fikrətzadə

Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri&Firdovsi Fikrətzadə

"Fermerlər aqrotexniki qaydalara əməl edəcəklər"

Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə isə "Report"a açıqlamasında bildirilir ki, yeni subsidiya mexanizmi fermerlərin aqrotexniki qaydalara əməl etməsini stimullaşdıracaq: “Əvvəllər gübrə və pestisidlərin güzəştli satışına görə dövlət satıcı şirkətlərə (həmçinin şəxslərə) maliyyə dəstəyi verirdisə, indi bu vəsait əkin əmsalı əsasında fermerlərə ödəniləcək. İstehsalçılar isə həmin vəsaitin nağdlaşdıra bilmədikləri 75%-lik hissəsi ilə istədiyi şəxsdən gübrə və pestisid alacaqlar, bununla da aqrotexniki qaydalara əməl edəcəklər. Əkin əmsalları müxtəlif bitkilər üzrə aqrotexniki əməliyyatların xüsusiyyətləri, habelə məhsulun satışı ilə bağlı bazar şərtləri nəzərə alınmaqla differensiallaşdırılıb. Əvvəllər bütün meyvə, tərəvəz və taxıl istehsalçıları dövlətdən hər hektar əkin sahəsinə görə 50 manat yardım alırdı. Amma bu, əməliyyat xərcləri nəzərə alınaraq diferensiallaşdırılıb. Yəni, xərcə uyğun olaraq subsidiyanın məbləği müəyyənləşdirilib. Məsələn, zəfəran istehsalı nazirliyin inkişaf etdirmək istədiyi sahələrdəndir, ənənəvi sahədir. Bunun bərpasına, genişləndirilməsinə ehtiyac var, odur ki, bu sahə üzrə əmsal 2 müəyyən edilib, hər hekrar zəfəran əkini sahəsinə 400 manat subsidiya veriləcək". 

Bundan başqa, onun sözlərinə görə, yeni qaydalar fermerləri bütün əməliyyatları EKTİS üzərindən aparmağa sövq edəcək: "Bütün fermerlər, habelə gübrə, pestisid və sertifikatlı toxum təchizatçıları EKTİS-də qeydiyyatda olacaqlar. Fermer bir dəfə EKTİS-də qeydiyyatdan keçəndən sonra daha əvvəlki kimi hər il torpaq sənədinin kserosurətini təqdim etməyə ehtiyac olmayacaq, yalnız əkin apardığı məhsullar ilə bağlı məlumatı bəyan edəcək. Yeni qaydalara əsasən subsidiyaların şəffaflığına görə həm də fermer məsuliyyət daşıyacaq. Fermer əkin sahəsi ilə bağlı yanlış məlumatlara görə sanksiyaya məruz qalacaq. Həmçinin fermerlər bazaryönümlü fəaliyyət göstərərək daha çox təcrübə əldə etdikləri sahələrdə ixtisaslaşacaqlar, bazar şərtlərini dəqiq bildiklərinə görə işlərini ona uyğun planlaşdıracaqlar. Əvvəllər fermerlərin ixtisaslaşması yox idi, fəaliyyətləri bazar təlabatları əsasında qurulmurdu”.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov

"Yeni qaydalarla subsidiya ödənişini tamamilə düzgün addım hesab edirəm".

Vahid Əhmədov

Депутат Милли Меджлиса Вахид Ахмедов&

"Fermerlərə ödənilən vəsaitin necə xərclənməsi nəzarət altında olacaq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə "Report"a bildirib ki, indiyə qədər fermerlərə subsidiyaların ödənilməsi yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib. Bu isə müəyyən problemlər yaradıb və vəsaitlərin təyinatı üzrə istifadəsinə mane olub. 

"Artıq bu proses elektronlaşdırılır. Yeni qaydalarla subsidiya ödənişini tamamilə düzgün addım hesab edirəm. Dövlətin fermerlərə ödədiyi vəsaitin necə xərclənməsi nəzarət altında olacaq, qanun pozuntularına yol verilməyəcək. Bu isə aqrar sektorun inkişafı üçün böyük əhəmiyyətə malikdir. Kənd təsərrüfatı mühüm sahədir və ona daima dövlət dəstəyi olmalıdır. Çünki ölkə əhalisinin 38%-i bu sahədə çalışır", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi