AQTA: Rusiyanın Azərbaycanın 35 tondan çox pomidorunu geri göndərməsi məsələsi araşdırılır

AQTA: Rusiyanın Azərbaycanın 35 tondan çox pomidorunu geri göndərməsi məsələsi araşdırılır Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.
ASK
12 İyun , 2019 14:53
AQTA: Rusiyanın Azərbaycanın 35 tondan çox pomidorunu geri göndərməsi məsələsi araşdırılır

Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı araşdırılır: "Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilən 36,5 ton pomidora baxış keçiriblər. Nəticədə pomidorda Cənubi Amerika tomat güvəsinin aşkar edildiyi və məhsulun geri qaytarıldığı bildirilib.  

Son xəbərlər

Orphus sistemi