"Aqrolizinq" iribuynuzlu cins damazlıq heyvanların alınması üçün tender keçirir

"Aqrolizinq" iribuynuzlu cins damazlıq heyvanların alınması üçün tender keçirir İddiaçılar sənədləri fevralın 6-dək təqdim etməlidir
ASK
30 Dekabr , 2016 09:35
Aqrolizinq iribuynuzlu cins damazlıq heyvanların alınması üçün tender keçirir

Bakı. 30 dekabr. REPORT.AZ/ “Aqrolizinq” ASC iribuynuzlu cins damazlıq heyvanların satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tender iki lot üzrə keçirilir. Lot-1 üzrə 2 000 baş Holştin-friz cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş Simmental cinsli damazlıq heyvanların satın alınması nəzərdə tutulur.

ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi olan şirkətlər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar əsas şərtlər toplusunu lot-1 üzrə 500 manat və lot-2 üzrə 1 000 manat məbləğində iştirak haqqını ödədikdən sonra ASC-dən (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi,12.) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri fevralın 6-dək təqdim etməlidir. Tender təklifi və bank təminatı isə fevralın 15-i saat 17:00-dək təqdim olunmalıdır.

Tender təklifi fevralın 16-sı saat 17:00-da “Aqrolizinq”in əsas binasının konfrans zalında açılacaq.

Son xəbərlər

Orphus sistemi